Dördölçülü çayxana

Fizika, riyaziyyat və buna bənzər şeylər….

Archive for Yanvar, 2009

Nanoborucuq üçün Yunq modulu

Yazan gahramanov on Yanvar 28, 2009

Dubnada (Moskva ətrafı) “Nanostrukturların nəzəriyyəsinə giriş” adlı qış məktəbində Qluxova Nanoborucuqların mexaniki xassələri üçün aldığı nəzəri nəzticələrdən danışırdı, və maraqlıdır ki, nanoborucuqlar üçün Yunq modulu 1 terapaskal civarındadır (təcrübə də bunu təsdiq edir).

Müqayisə üçün deyim ki, poladın Yunq modulu 200 meqapaskala yaxındır (səhv etmirəmsə).

Doğrusu, işin fizikasını başa düşmək çətindir, ayrıca nanoborucuq üçün Yunq modulu nə deməkdir və nə dərəcədə korrekt hesablanır, sual altındadır.

Daha ətraflı (rus dilində)

Kateqoriyası: Nanofizika, Nəzəri fizikadan VII Qış məktəbi -Dubna | 1 Comment »

Payerls’ın kitabından maralı xatırlamalar

Yazan gahramanov on Yanvar 15, 2009

Heyzenberq Münhendə oxuyarkən doktorluq dissertasiyasının baxışı ərəfəsində təcrübəçi Vinin laboratoriyalarına soyuq münasibəti nəticəsində onun qəzəbinə səbəb olur. Baxmayaraq ki, o zamanlar Heyzenberq artıq xüsusi qabiliyyətə malik insan kimi tanınırdı.

Heyzenberq dissertasiya qabağı təcrübi fizikadan Vinin imtahanında bir suala belə cavab verə bilmir. Bütün suallar “ayırdetmə qabiliyyətinə” dair olur, əvvəl mikroskopun, sonra teleskopun və s.

Yalnız Zommerfeldin xahişi və inadkarlığı nəticəsində Heyzenberq ən aşağı balla imtahandan keçir.

Dörd il sonra isə o, öz məşhur məqaləsini yazır və “qeyri-müəyyənlik prinsipinin” (qeyri müəyyənlik haqda buradanburadan oxumaq olar) doğruluğunu hipotetik mikroskopun ayırdetmə qabiliyyətinə görə izah edir.

Kateqoriyası: Maraqlı və başadüşülməz | İpucu verildi: , , | 2 Comments »

“İqlim fizikası” qış məktəbi

Yazan gahramanov on Yanvar 11, 2009

2-6 fevralda Feza Gürsey İnstitutunda (İstanbul, Türkiyə) İqlim fizikasına həsr olunmuş qış məktəbi başlayacaq. Qalmaq imkanı olmayanalara institutda yer veriləcək, həmçinin iştirakçıların nahar yeməkləri də institut hesabına təmin ediləcək. Şəxsi təcrübəmdən deyə bilərəm ki, Feza Gürseydə keçirilən kurslar çox yüksək səviyyədə olur, qalmaq, yemək, kitabxana – hamısı qaydasındadır.

Daha ətraflı məlumat (türkcə)

Məktəbin posteri

Kateqoriyası: Elanlar | İpucu verildi: | Leave a Comment »