
Bu yaxınlarda PRL‘də çapdan çıxmış ac-Driven Atomic Quantum Motor yazısından sonra əksər fizika dərgiləri durmadan “ən kiçik elektromotor”dan yazırlar.
İlk elektromotor iki əsr bundan qabaq peyda olub və son illərə qədər alimlər daha kiçik elektromotor almağa çalışırlar.
Bu yaxınlarda isə nəzəri fiziklərdən ibarət qrup (A. V. Ponomarev, S. Denisov, P. Hanggi) həlqəvi optik qəfəsdə yerləşən iki fərqli ultrasoyuq atomdan ibarət klassik fırlanma elektromotorunun tamamilə kvant-mexaniki variantını təklif ediblər. Birinci atom tok daşıdığı halda, ikinci atom starter rolunu oynayır.
İndi növbə təcrübəçilərindir.
Gahramanov, bəlkə bu ultrasoyuq atom anlayışını bir az açıqlama gətirəsən?
İndi kənddəyəm deyə, məqalənin orijinalını aça bilmədim (açıq istifadədə deyil), dəqiq deyə bilməyəcm, amma normalda ultrasoyuq atom dedikdə, təxminən mikrokelvin temperaturuna qədər düşük temperarutdakı atom nəzərdə tutulur.