Bu yaxınlarda maraqlı və inanılmaz bir xəbərə rast gəlmişdim. Doğrusu, bu haqda yazmaq fikrində deyildim, sadəcə bloqun Haqqımda bölməsindəki söhbətdən sonra bu xəbəri yadıma salıb “işin real tərəfini” açıqlamağa çalışmışam.
Sən demə “Azərbaycan Azərbaycanın elmi-texniki tərəqqinin səviyyəsinə görə dünyada 38-ci yerdədir”. Bunu mən demirəm, bunu AMEA’nın prezidenti Mahmud Kərimov deyir və iddia edir ki, yaxın zamanlar hətta 20-ci belə ola bilərik.
Maraqlıdır ki, onun verdiyi məlumata görə Ermənistan bu göstəriciyə görə 57-ci yerdə, Gürcüstan isə hətta 100-cü yerdədir. Elmi-texniki tərəqqinin səviyyəsini göstərən hesablamaların haradan götürüldüyünü bilmirem, amma elmin səviyyəsini göstərən statistika var (çap olunmuş məqalələrə görə), bu statistikaya görə 2007-ci ilə üçün Azərbaycan 72-ci yerdədir (Ermənistan-51, Gürcüstan-62).
Bütün elmi qoyaq bir kənara, sadəcə fizika və astronomiya sahəsindəki qonşu dövlətlərin və Azərbaycanın 1996-2007-ci illər arası inkişafına qrafik şəkildə baxaq. Şərhə ehtiyac yoxdur.

Maraqlı yazıya görə çox sağol… Statistikadan belə başa düşdüm ki, Azərbaycan ildən-ilə geri gedir. :( İran.. İran isə deyəsən, ildırım sürəti ilə addımlayır. Eləcə də Türkiyə…
Əslində bu yazını “Qaralama”da yerləşdirsəydik daha yaxşı olardı, yazdıqdan sonra ağlıma gəldi.
Amma yerləşdirmək imkanı varsa, bir az fərqli formatda yazım “Qaralama” üçün.