Kvant nöqtələri
Yazan gahramanov on İyul 8, 2009

Doğrusu məni maraqlandıran obyekt – kvant nöqtələrindən hazırlanmış Kantor və Fibonaççi aperiodik ardıcıllıqlarıdır. Yerimədən qaçmağa çalışmayaq, kvant nöqtələri haqqında bir neçə kəlmə.
Kvant nöqtəsi hər üç fəza ölçüsünə görə məhdud, elektron daşıyan yarımkeçirici hissəsidir. Kvant nöqtəsi kifayət qədər kiçik olmalıdır ki, kvant effektləri özünü göstərsin. Bunun üçün enerji səviyyələri arasındakı fərq kinetik enerjidən yetərincə böyük olmalıdır:

d-kvant nöqtəsinin ölçüsüdür. Bir az ətraflı burada.
Kvant nöqtələri nisbətən yeni araşdırma sahəsi olmasına baxmayaraq (təxminən 20 ildir), fizikanın
- tunnel effekti
- optika
- elektron strukturu
- mezoskopiya
- Kondo fizikası kimi sahələrini əhatə edir.
Hal-hazırda alınan kvant nöqtələri kifayət qədər mürəkkəb enerji spektrinə malikdir (çoxzonalı Hamilton funksiyası ilə təsvir olunur). Bununla belə çox böyük olmayan (onlarla nanometr) kvant nöqtələrində parabolik potensialdan istifadə edib, enerji səviyyələrini almaq olar. Məsələnin belə qoyuluşu kvant ossilyatorunun tənliyini verir ki, onun da dəqiq həlli məlumdur:
![]()
İkiölçülü hal üçün də eyni qayda ilə həll etmək olar. Parabolik potensialda kvant nöqtələrinə daha ətraflı
Н.Е. Капуткина, Ю.Е. Лозовик, ФТП 40, 11 (1998)
Н.Е. Капуткина, Ю.Е. Лозовик, ФТП 40, 11 (1998)
Weiming Que Phys. Rev. B45, 19, 11037 (1992)
T. Demel, D. Heitmann, P. Grambow, K. Ploog. Phys. Rev.Lett. 64, 7, 788 (1990)
baxmaq olar.
Sakin said
Salam. Kvant nöqtələri yarımkeçiricilərdən başqa kristallarda müşahidə olunmur? Eger olunmursa niyə?
gahramanov said
Əslində kvant nöqtəsinin korrekt tərifi’ni bilmirəm. Verdiyim tərif tərifdən sonra haqqında danışılan obyektlərə aiddir ki, onlara da kvant nöqtəsi deyilir. Amma bununla belə başqa obyektlər də ola bilər ki, özlərini kvant nöqtəsi kimi aparsınlar. Məsələn, aşağıdakı məqalədəki kimi
http://www.iop.org/EJ/abstract/-search=67529630.4/0305-4470/39/18/002