Dördölçülü çayxana

Fizika, riyaziyyat və buna bənzər şeylər….

Haqqımda

Bu bloqu kimlər izləyə bilər?

Riyaziyyat və ya fizika ilə ciddi maraqlanan insanlar. Bu sahələrdə çalışan, oxuyan tələbələr, magistrantlar, aspirantlar. Çoxdurmu belələri Azərbaycanda?!

Bloqda nələrdən yazıram?

Elmi-kütləvi yazılar, demək olar, yazmıram, ciddi elmi yazılar da yazmıram. Birincini ona görə ki, bloq bunun üçün nəzərdə tutulmayıb, ikincini ona görə ki, bloqda hal-hazırda ciddi müzakirə yoxdur.

Bloqu yeni yaradanda düşünmüşdüm ki, nəzəri fizikadan kurs-intensiv adı ilə nəzəri fizikanın ümumi, fundamental anlayışlarını verərəm və gələcək yazılarda istifadə edəcəyim terminləri anlamayanlara həmin yazıları oxumağı məsləhət görərəm. Təəssüf, kurs-intensiv heç də “intensiv” olmadı, bloqun artıq 1 yaşı var iki yazıdan və iki əlavədən irəli gedə bilmədim.

Hələlik bloqda bir neçə mövzu ətrafında söhbət etmək istəyirəm:

  • Nəzəri fizikadan universitet programı çərçivəsində kurs:  Nəzəri fizikadan kurs-intensiv adlı yazılar və bəzi əlavələr daxildir buraya. Yaxın zamana proqram belədir: Klassik mexanikanın əsas anlayışlarını vermək (Laqranj-Hamilton formalizmi), Klassik sahə nəzəriyyəsinin anlayışlarını vermək və mövzu ilə əlaqədar riyazi əlavələr.
  • Nanofizikanın “həqiqi fizikası” haqqında yazılar: bu sahədə yeni olduğum üçün, çox şey deyə bilməyəcəm, amma bildiklərimlə bölüşəcəm (buraya bax).
  • Riyaziyyatla bağlı yazıları 3 yerə bölmək olar: riyaziyyatın maraqlı məsələləri (bax burayabunabuna), riyaziyyatın və riyazi fizikanın müasir problemləri (məsələn, bunun kimibunun kimi) və riyaziyyatla fizikanın birləşdiyi yer (məsələn)
  • Qeyri-xətti fizika

hörmətlə,
Gahramanov

(son dəyişiklik 14.12.2009)

9 Cavab to “Haqqımda”

  1. fikirsistemi said

    Salamlar, maraqli blogunuz var. Amma cox adam girmediyi ucun teessuflenmeyiniz duz olmaz mence. Bu yazilar da size maraqli olar deye dusunurem:

    http://rethink.azeriblog.com/2008/12/05/quantumphyscs

    http://rethink.azeriblog.com/2009/05/06/maddesuallar

  2. gahramanov said

    Təəssüfləndiyimi haradan hiss etdiniz, doğrusu anlamadım. Bu yazıda təəssüf notları deyil, sadəcə işin real tərəfi yazılıb. !

    Bağlantılardakı yazıları oxuyaram. Təşəkkürlər.

  3. Tural said

    Amerikada Elementar Zerrecikler uzre tehsilimi qurtarib olkem Pakistana qayidanda 90.000.000 – luq xalqim arasindan Dirac tenlikleri ile Mesgul olan sadece bir Fizikaci tapa bildim.

    Abdus Salam

    Bezen Abdus Salamin dediyi bu sozlere cox-cox xatirlatici faktlarla qarsilasiriq. Her seyden acinacaqlisi ise odur ki,Biz ve olkemiz hal hazirda elm potensialina gore hec de o vaxtki Pakistandan dala qalmir.

  4. gahramanov said

    Tural, sizinlə təmamilə razıyam. Şərhinizə qüvvət bloqda Fizika və Astronomiyadakı vəziyyətimizlə bağlı bir statistikanı yerləşdirdim:

    http://nezerifizika.wordpress.com/2009/06/28/azərbaycanda-elmin-vəziyyəti/

  5. Tural said

    Statistikaya baxdim. Gorduklerim ve esitdiklerim ust-uste dusdu. Yanliz bu statistikani haradan (Hansi jurnaldan) oxumusunuz?

    P.S
    Sizinle etrafli tanis olmaq maraqli olardi .

  6. gahramanov said

    Bu statistikanı aparan sayt var:

    http://www.scimagojr.com

    Mənim istifadə etdiyim (maraqlı ölkələri seçib qrafikini excel’də qurmuşam) mənbə:

    http://www.scimagojr.com/countryrank.php?area=3100&category=0&region=all&year=2007&order=it&min=10&min_type=it

    P.S. Buyurun, elmi söhbətlərə həmişə açığam. :)

  7. Ulvi said

    Salam. Men BDU-nun fizika fakultesinin mezunuyam. Esgerlikden yeni gelmishem. Saytinizi chox beyendim. Burada ozumu oz gemimdeki kimi hiss edirem. Chox shey bilmirem, amma bildiyim az sheyleri sizinle bolushmek isterdim, tebii ki icazenizle. Diqqete gore minnetdaram.

  8. gahramanov said

    Salam, Ulvi. Bölüşmək istədikəriniz varsa, buyurun, yazın. Mənim elektron ünvanım: ilmar (at) gmail.com

  9. Sakin said

    Salam. Bu bloqla etraflı olaraq indi tanış oldum. Bele işi ancaq alqışlamaq olar. Mene ele gelir ki, Azırbaycanda elmin bugünki səviyyəsi heç kimə gizli deyil. Gelin bunu teqid etməydən daha çox, aradan qaldırmağa çalışaq. AMEA-nın Fizika İnstitunun aspirantı, Rusiya, Dubna, BNTİ-nun k.e.işçisi.

Cavab qoy

XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>