Yazan gahramanov on Yanvar 15, 2009
Heyzenberq Münhendə oxuyarkən doktorluq dissertasiyasının baxışı ərəfəsində təcrübəçi Vinin laboratoriyalarına soyuq münasibəti nəticəsində onun qəzəbinə səbəb olur. Baxmayaraq ki, o zamanlar Heyzenberq artıq xüsusi qabiliyyətə malik insan kimi tanınırdı.
Heyzenberq dissertasiya qabağı təcrübi fizikadan Vinin imtahanında bir suala belə cavab verə bilmir. Bütün suallar “ayırdetmə qabiliyyətinə” dair olur, əvvəl mikroskopun, sonra teleskopun və s.
Yalnız Zommerfeldin xahişi və inadkarlığı nəticəsində Heyzenberq ən aşağı balla imtahandan keçir.
Dörd il sonra isə o, öz məşhur məqaləsini yazır və “qeyri-müəyyənlik prinsipinin” (qeyri müəyyənlik haqda buradan və buradan oxumaq olar) doğruluğunu hipotetik mikroskopun ayırdetmə qabiliyyətinə görə izah edir.
Kateqoriyası: Maraqlı və başadüşülməz | İpucu verildi: ayırdetmə qabiliyyəti, Heyzenberq, qeyri-müəyyənlik prinsipi | 2 Comments »
Yazan gahramanov on November 13, 2008
Bu həftə Müstəqil Moskva Universitetində (NMU) “Funksional analiz” məşğələsində Kazaryan’ın “Vitten (Witten) hipotezinin cəbri-həndəsi isbatı”nı dinlədim. Demək olar heç nə başa düşmədim, düşdüklərim isə bunlardır:
Belə bir obyektlər var : Modullar fəzası (təsəvvür etmək çətindir, p.s. modul’lara aidiyyatı yoxdur) . Dörd alimin adı ilə bağlı ELSV düsturu var ki, Hurvits ədədlərinin (saylarının) bu modullar fəzasından olan çoxobrazlılıq (məlum oldu ki, əslində heç çoxobrazlılıq da deyil) ilə əlaqəsini verir. Hurvirs ədədləri haqqında yaxınlarda yazacam. Bu ELSV bərabərliyində bir sıra dəyişən dəyişiklikləri etməklə həll tapılır ki, Vitten bu həllin Korteveq-de Friz tənliyinin həlli olduğunu söyləyir. (Korteveq-de Friz tənliyi xüsusi differensiallarda olan diferensial tənlikdir, yaxınlarda bu tənlik haqqında da yazaram).
Ən maraqlısı budur ki, bu qədər fərqli obyektlər necə də əlaqəlidirlər. Yadımdadır, Arnoldun kitabının sonunda Laks cütləri üçün tənliyin Korteveqa-de Friz tənliyi ilə əlaqəli olması (eyni şeydirlər) çox qəribə gəlmişdi, bu dəfə də danışılanlar qulağa çox xoş və maraqlı gəldi, amma həzm etmək çətindir.
Maraqlananlar üçün bir neçə bağlantı: Read the rest of this entry »
Kateqoriyası: Maraqlı və başadüşülməz, Riyaziyyat | İpucu verildi: ELSV düsturu, Fizika, Hurvits ədədləri, Korteveq-de Friz tənliyi, riyazi-fizika, Riyaziyyat, Vitten hipotezi | 3 Comments »