Feeds:
Yazılar
Şərhlər

Archive for the ‘Nəzəri fizika’ Category

Təəccüblü olsa da, Laqranj funksiyasının umumi qurulma qaydası yoxdur. Sadəcə əgər istəyiriksə ki, bizim təsvir etdiyimiz sistem müəyyən simmetriyaya malik olsun (hərəkət tənliyi — Laqranj-Eyler tənliyi bu simmetriyaya nəzərən invariant qalsın) , onda həmin sistemin Laqranj funksiyasını bu qrupa (simmetriyaya) görə invariant seçməliyik.
Xüsusi nisbilik nəzəriyyəsində simmetriya qrupu Lorens qrupudur. Məsələn, sərbəst maddi nöqtə üçün təsiri aşağıdakı kimi yazmaq [...]

Read Full Post »

Bu yazı “Nəzəri fizikadan kurs-intensiv”in klassik mexanika hissəsinə kiçik bir əlavədir. Həmçinin bax:  sıfırıncı yazı, birinci yazı və bura.
Teorem: Bir sərbəstlik dərəcəsi olan sistemdə tam enerji hərəkət inteqralıdır.
Bir sərbəstlik dərəcəsi olan sistem:

differensial tənliyi ilə xarakterizə olunan sistemdir.
Hərəkət inteqralı: saxlanan kəmiyyətə deyilir. Nöter teoreminə görə sistemin hər bir simmetriyasına bir hərəkət inteqralı uyğun gəlir. Hamilton [...]

Read Full Post »

Nyuton formalizmində inersial hesablama sistemləri Nyutonun birinci qanunu vasitəsilə daxil edilir: Elə müşahidəçilər var ki, onlar sistemi ya sükunətdə, ya da bərabərsürətli hərəkətdə görür. Belə sistemlərə Nyuton inersial hesablama sistemləri deyir. Bu yazıda isə inersial sistemlərə nəzəri fizika baxımından tərif verəcəyik.
Fəzanın bircins, izotrop və zamanın bircins olduğu sistem inersial hesablama sistemi adlanır.
(Fəzanın bircinsliyi): bütün nöqtələri [...]

Read Full Post »

David Sherrington`un “Physics and Complexity” (Fizika və Mürəkkəblik) “heç nə və hər şey haqqında” olan məqalələrdəndir. Spin cam`ları (şüşə)ç neyronlar, zülallar və bunların fizikası (İzing modeli) haqqında maraqlı məqalədir.

“New Journal of Physics” dərgisində çap olunmuş “Third quantization: a general method to solve master equations for quadratic open Fermi systems” məqaləsinin adı və “abstrakt”ı çox [...]

Read Full Post »

CDF və D0 təcrübələrinin nəticəsinə görə 95% ehtimalla Xiqqs bozonunun kütləsi 160-170 QeV intervalında ola bilməz. Buna qədər CERN’də aparılmış təcrübələr Xiqqs bozonunun 114 QeV’dən böyük olduğunu deyirdi, həmçinin nəzəri hesablamalara görə kütlənin yuxarıdan məhdudiyyəti 185 QeV’dir. 
Qeyd edim ki, alimlər bu zərrəciyi Böyük Adron Kollayderində (LHC) tapacaqlarına ümid edirlər. 
Daha ətraflı burada (ingiliscə)

Read Full Post »

Read Full Post »

Older Posts »