Feeds:
Yazılar
Şərhlər

Archive for the ‘Kurs-intensiv’ Category

Təəccüblü olsa da, Laqranj funksiyasının umumi qurulma qaydası yoxdur. Sadəcə əgər istəyiriksə ki, bizim təsvir etdiyimiz sistem müəyyən simmetriyaya malik olsun (hərəkət tənliyi — Laqranj-Eyler tənliyi bu simmetriyaya nəzərən invariant qalsın) , onda həmin sistemin Laqranj funksiyasını bu qrupa (simmetriyaya) görə invariant seçməliyik.
Xüsusi nisbilik nəzəriyyəsində simmetriya qrupu Lorens qrupudur. Məsələn, sərbəst maddi nöqtə üçün təsiri aşağıdakı kimi yazmaq [...]

Read Full Post »

Bu yazı “Nəzəri fizikadan kurs-intensiv”in klassik mexanika hissəsinə kiçik bir əlavədir. Həmçinin bax:  sıfırıncı yazı, birinci yazı və bura.
Teorem: Bir sərbəstlik dərəcəsi olan sistemdə tam enerji hərəkət inteqralıdır.
Bir sərbəstlik dərəcəsi olan sistem:

differensial tənliyi ilə xarakterizə olunan sistemdir.
Hərəkət inteqralı: saxlanan kəmiyyətə deyilir. Nöter teoreminə görə sistemin hər bir simmetriyasına bir hərəkət inteqralı uyğun gəlir. Hamilton [...]

Read Full Post »

Nyuton formalizmində inersial hesablama sistemləri Nyutonun birinci qanunu vasitəsilə daxil edilir: Elə müşahidəçilər var ki, onlar sistemi ya sükunətdə, ya da bərabərsürətli hərəkətdə görür. Belə sistemlərə Nyuton inersial hesablama sistemləri deyir. Bu yazıda isə inersial sistemlərə nəzəri fizika baxımından tərif verəcəyik.
Fəzanın bircins, izotrop və zamanın bircins olduğu sistem inersial hesablama sistemi adlanır.
(Fəzanın bircinsliyi): bütün nöqtələri [...]

Read Full Post »

Read Full Post »

Nəzəri fizikadana kurs-intensiv başlıqlı yazılarda Nəzəri fizikanın Klassik mexanika kursundan Kvant sahə nəzəriyəsinə kimi müəyyən maraqlı və mühüm mövzulara toxunacağam.
Nəzəri fizika ilə bağlı bu yazılar, sözsüz ki, kursu “normal” səviyyədə öyrənməyə yetmir. Mütləq müvafiq kitab və məqalələri də oxumaq lazımdır.
İndi isə işin texnik tərəfi: yazılardakı düsturları WordPress’ə normal şəkildə yaza bilmədim, bu problemi həll [...]

Read Full Post »