Qeyri-xətti sistemlərin dolğun ümumi nəzəriyyəsini yaratmaq mümkün deyil
Con fon Neyman
Dahi riyaziyyatçı səhv deyib…
Mövzunun nədən ibarət olduğunu anlamaq üçün açar sözləri yazmaq tələb olunarsa, ilk 3 açar söz olaraq “katastroflar nəzəriyyəsi”, “bifurkasiyalar”, “qeyri-xətti sistemlər (fizika)” terminlərini yazmaq olar.
İlkin yazılar bir qədər mürəkkəb olacaq və bir neçə fiziki sistemləri (xüsusilə, rəqqasların timsalında) araşdıracağıq. Belə başlanğıc ümumi təsəvvürün yaranması üçün az faydalı olsa da, “predmet”in nədən ibarət olduğunu və nə ilə məşğul olacağımızı yaxşı nümayiş etdirəcək.